Türkiyədə ağır yol qəzasında onlarla uşaq xəsarət aldı

Türkiyədə ağır yol qəzasında onlarla uşaq xəsarət aldı



Turkiyədə agir yol qəzasinda onlarla usaq xəsarət aldi

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Dənizli əyalətində qeydə alınıb.

Belə ki, Denizli-Muğla yolunda hərəkətdə olan mikroavtobus Kale rayonunda qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 19-nun uşaq olduğu bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb.

Məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməsi səbəb olub.

Sərnişinlər Bodrumda istirahət üçün Ankaradan səyahətə çıxıblar.





Mənbə: https://report.az/region-xeberleri/turkiyede-agir-yol-qezasinda-onlarla-usaq-xesaret-aldi/

Comments are closed, but trackbacks and pingbacks are open.