Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb



Turkiyədə təlimlərdə istirak edən Azərbaycan hərbcilərinin bir qrupu Vətənə qayidib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.





Mənbə: https://report.az/herbi-xeberler/turaz-sahini-2021-telimlerinde-istirak-eden-herbcilerimizin-bir-qrupu-vetene-qayidib/

Comments are closed, but trackbacks and pingbacks are open.