Türkiyədə yol qəzasında 18 nəfər yaralanıb

Türkiyədə yol qəzasında 18 nəfər yaralanıb



Turkiyədə yol qəzasinda 18 nəfər yaralanib

Türkiyənin Kayseri-Niğde yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 18 nəfər yaralanıb.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qəza “Həyat” bazarının yaxınlığında baş verib. Qəzada yaralananlar meyvə-tərəvəz satışı ilə məşğul olan satıcılar olub.

Yaralılardan 5-nin vəziyyəti ağırdır.

Polis hadisənin səbəblərini araşdırır.





Mənbə: https://report.az/region-xeberleri/turkiyede-yol-qezasinda-18-nefer-yaralanib/

Comments are closed, but trackbacks and pingbacks are open.