Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi qəza siqnalı verib

Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi qəza siqnalı verib



Turkiyədən Rusiyaya ucan sərnisin təyyarəsi qəza siqnali verib

Türkiyənin Antalya şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Airbus A319” təyyarəsi enmədən əvvəl qəza siqnalı verib.

“Report”un məlumatına görə, bu barədə məlumatlı mənbəyə istinadən “İnterfaks” bildirib.

“Airbus A319 təyyarəsi Antalyadan Sankt-Peterburqa reys yerinə yetirir. Enmənin müəyyən edilmiş vaxtında o aşağı hündürlükdə uçuşu yerinə yetirməyib və qəza siqnalı verərək davam edib”, – mənbə deyib.

Agentlik, “Flightradar24” xidmətinin məlumatlarına istinadən təyyarənin eniş əvəzinə hava limanının gözləmə zonasında yerdən 2 200 fut (670 metr) yüksəklikdə təxminən 314 km/saat sürətlə manevrlər etdiyini qeyd edib.

Bildirilir ki, “Airbus A319” uğurla eniş edib.





Mənbə: https://report.az/region-xeberleri/turkiyeden-rusiyaya-ucan-sernisin-teyyaresi-qeza-siqnali-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.