Siyasət

Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib


Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

“Report”un məlumatına görə, Kasapoğlu şəxsi tvitter səhifəsində paylaşım edib.

“Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun”.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.




Mənbə: https://report.az/ferdi/turkiyeli-nazir-azad-rehimovun-vefati-ile-bagli-bassagligi-verib/

Related Articles

Back to top button