Türkiyənin cənub-şərqində terrorçular zərərsizləşdirilib | Report.az

Türkiyənin təhlükəsizlik qüvvələri ilin əvvəlindən 1 162 terrorçunu zərərsizləşdirib



Turkiyənin təhlukəsizlik quvvələri ilin əvvəlindən 1 162 terrorcunu zərərsizləsdirib

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində iki terrorçu zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə məlumat verib.

Məlumata görə, terrorçular “Eren Kış-1” antiterror əməliyyatı çərçivəsində Bestler-Dərələr bölgəsində məhv edilib.

Bölgədə əməliyyatlar davam edir.

Qeyd edək ki, “Eren Kış” antiterror əməliyyatının birinci mərhələsi dünən başlayıb. PKK terrorçularına qarşı əməliyyat polis və jandarma xüsusi təyinatlılarının 1 550 əməkdaşının iştirakı ilə aparılır.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.





Mənbə: https://report.az/region-xeberleri/turkiyenin-cenub-serqinde-iki-terrorcu-zerersizlesdirilib/

Comments are closed, but trackbacks and pingbacks are open.