Türkiyənin XİN başçısı ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib

Türkiyənin XİN başçısı ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib



Turkiyənin XIN bascisi ABS i terrorculara dəstək verməkdə ittiham edib

“ABŞ Suriyada PKK/YPG-ni dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində söyləyib.

“ABŞ İraqdan çıxdı və xaos yarandı. Əfqanıstandan da plansız çıxmağın ölkəni hansı vəziyyətə saldığını görürük. ABŞ Suriyaya dəvət edilib? Yox. Sərhədləri varmı? Xeyr. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. ABŞ Suriyanın şimal-şərqindəki siyasətində separatçı PKK/YPG-ni dəstəkləyir. PKK mövzusunda Suriyadakı rejimlə də baxışlarımız üst-üstə düşür. Suriyada dünyanın tanımadığı bir rejim var. Buna görə də siyasi səviyyədə görüşmələrdən söhbət gedə bilməz. Amma tanımasan da, kəşfiyyatların görüşmələri ola bilər, təbiidir”, – o qeyd edib.

M.Çavuşoğlu həmçinin Rusiyadan S-400-lərin alınması ilə bağlı məsələyə də toxunub: “ABŞ bu bitmiş S-400 məsələsini qəbul etməlidir. İndiyə qədər sanksiyalar tətbiq ediblər, başqa varinatlara əl atdılar. Biz özümüz istehsal edənə qədər hava hücumundan müdafiə sistemlərini almağa ehtiyac duyuruq. Bu ölkə bizə hava hücumundan müdafiə sistemləri satsa, ala bilərik. Qiymət daha bahalı olsa da, razılaşsaq, ala bilərik. Yəni biz bunu mütləq haradansa almalıyıq”.





Mənbə: https://report.az/region-xeberleri/turkiyenin-xin-bascisi-abs-i-terrorculara-destek-vermekde-ittiham-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.