Türkiyəyə gedən azərbaycanlıların sayı kəskin artıb

Türkiyəyə gedən azərbaycanlıların sayı kəskin artıb



Turkiyəyə gedən azərbaycanlilarin sayi kəskin artib

2021-ci ilin yanvar-iyul aylarında 186 250 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.

“Report” Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 35,56% çoxdur. Belə ki, 2019-cu ildə 137 397 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.

Qeyd olunub ki, Türkiyəyə gələn bütün turistlərin 1,85% -i Azərbaycanın payına düşür.

Təkcə iyul ayında 62 737 azərbaycanlı turist Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Qeyd edək ki, Türkiyəni ən çox Rusiyadan (1,55 milyon nəfər), Almaniyadan (1,26 milyon nəfər) və Ukraynadan (1,12 milyon nəfər) olan turistlər ziyarət edirlər.





Mənbə: https://report.az/turizm/turkiyeye-geden-azerbaycanlilarin-sayi-keskin-artib/

Comments are closed, but trackbacks and pingbacks are open.