Türkmənistan Prezidenti Özbəkistana rəsmi səfər edəcək

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yaxın günlərdə Özbəkistana rəsmi səfər edəcək.

“Report” “CentralAsia”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı işgüzar video-müşavirədə bildirib.

Məlumata görə, o, Türkmənistan Baş nazirinin müavini Əsənmurad Orazgəldiyev özbəkistanlı həmkarı ilə səfərlə bağlı müzakirə aparmağı, qarşıdan gələn həftə keçiriləcək Türkmənistan-Özbəkistan birgə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa dair müqavilələrin imzalanmaya hazırlamağı tapşırıb.

Bildirilib ki, Türkmənistan lideri axırıncı dəfə 2019-cu ilin noyabrında Özbəkistana səfər edib. Bu ilin avqustunda iki ölkənin prezidentləri Xəzər dənizi sahillərində, “Avaz” turist bölgəsində Mərkəzi Asiya ölkələrinin 3-cü məşvərət toplantısı çərçivəsində görüşüblər.





Mənbə: https://report.az/region-xeberleri/turkmenistan-prezidenti-ozbekistana-resmi-sefer-edecek322/

Comments are closed, but trackbacks and pingbacks are open.