Ucar sakini intihara cəhd edib

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Ucar rayon sakini özünü ağacdan asaraq intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “Report”un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 26-da gecə saatlarında Ucar rayon sakini Aygün Hacıyeva Rayon Polis Şöbəsinə (RPŞ), eyni zamanda Fövqəladə Hallar Nazirliyinin (FHN) “Zəng mərkəzin”ə həyat yoldaşı Ümüdvar Abdulrəhmanovun yaşadıqları evin həyətində olan ağacdan özünü asaraq intihara cəhd etməsi barədə məlumat verib.

DİN rəsmisinin sözlərinə görə, daxil olan məlumatla əlaqədar dərhal Ucar RPŞ-nin əməliyyat qrupu, eləcə də FHN-in əməkdaşları hadisə baş verdiyi ünvana yollanıblar: “Polis əməkdaşlarının çevikliyi nəticəsində Ü.Abdulrəhmanovun intihara cəhd etməsinin qarşısı vaxtında alınıb. Polis və FHN əməkdaşları həmin şəxsə ilkin tibbi yardım göstərib. Hazırda qadının vəziyyəti qənaətbəxşdir”.





Mənbə: https://report.az/hadise/ucar-sakini-intihara-cehd-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.