Üçüncü rübdə SOCAR 1,8 milyon ton neft emal edib

Üçüncü rübdə SOCAR 1,8 milyon ton neft emal edib



Ucuncu rubdə SOCAR 18 milyon ton neft emal edib

Bu ilin iyul-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,8 milyon ton neft emal olunub.

“Report”un SOCAR-ın üçüncü rüb üzrə hesabatına istinadən verdiyi məlumata örə, bu, ötən ilin müvafiq aylarında olduğundan 46,5% çoxdur.

Bu kəskin artım ötən il Heydər Əliyev adına NEZ-də aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur.

Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr qaz emal edilib.





Mənbə: https://report.az/energetika/ucuncu-rubde-socar-1-8-milyon-ton-neft-emal-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.