UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verib

UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırıb



UEFA Ingiltərə Futbol Assosiasiyasini cəzalandirib

UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.

“Report” qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.

Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.





Mənbə: https://report.az/futbol-xeberleri/uefa-azerbaycan-millisine-texniki-meglubiyyet-verib/

Comments are closed, but trackbacks and pingbacks are open.