Ukraynada qanunsuz yaşayan və deport olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


Ötən il Ukraynada qanunsuz yaşayan və deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ildə ümumilikdə 1 448 Azərbaycan vətəndaşı qeyri-qanuni miqrant olduğu müəyyən edilib.

Ötən il 2 Azərbaycan vətəndaşının könüllü olaraq ölkəsinə geri qayıtması barədə qərar qəbul edib, 1 380 Azərbaycan vətəndaşı isə məcburi ölkəsinə geri qaytarılıb. 47 Azərbaycan vətəndaşının isə Ukrayna dövləti hüdudlarından məcburi qovulması barədə qərar çıxarılıb.





Mənbə: https://report.az/hadise/ukraynada-qanunsuz-yasayan-ve-deport-olunan-azerbaycan-vetendaslarinin-sayi-melum-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.