Ukraynanın bir qrup jurnalisti Gəncədə səfərdədir 

Ukraynanın bir qrup jurnalisti Gəncədə səfərdədir 


Ukraynanın müxtəlif media qurumlarını təmsil edən bir qrup jurnalist Gəncə şəhərində səfərdədir.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, onlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin başverdiyi ərazilərə baş çəkiblər.

Ukraynalı jurnalistlər erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.

Media nümayəndələrinə hadisə barədə məlumat verilib.





Mənbə: https://report.az/xarici-siyaset/ukraynanin-bir-qrup-jurnalisti-gencede-seferdedir/

Comments are closed, but trackbacks and pingbacks are open.