Umayra Tağıyeva: “Son 6 gündə düşən yağıntı aylıq norma qədər olub”

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


 
İlin hər bir fəsli hava şəraitinin fərqləndirici xüsusiyyətləri ilə bərabər özünəməxsus gözəllikləri ilə seçilir. Payız fəsli də bu baxımdan istisna deyil. Payızın ortalarında artıq  günlərin qısalması və havaların soyuması daha çox hiss edilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, bu ilin oktyabr ayı havanın temperaturunun aşağı düşməsi, yağışlı və çiskinli günlərlə başlayıb. Hətta bəzi bölgələrdə son altı gündə ay ərzində düşən miqdarda yağıntı qeydə alınıb, yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb.
 
“Ayın əvvəli son illərdə oktyabr ayında müşahidə edilən hava şəraitindən xeyli fərqləndi. Paytaxt buludlara büründü, tutqun payız ab-havası bizi əhatə etdi, hər gün yağış yağdı. Buna səbəb Mərkəzi Rusiyadan gələn soyuq antisiklonun qolu və sıra-sıra ərazimizə daxil olan soyuq atmosfer cəbhələrinin təsiridir”.
 
U.Tağıyevanın sözlərinə görə, düşən yağıntının miqdarı Şəmkirdə aylıq normanın  94, Ağstafada 103, Oğuzda 93,  Balakəndə 98, Zaqatalada 111, Lənkəran-Astara zonasında 23-41 faizini (63-103 mm) təşkil edib. 
 
“Bu ay, eyni zamanda, sel hadisələri qeydə alınıb. Yağan leysan yağışlar nəticəsində Əsrikçay-Əsrikcırdaxan (Tovuz), Girdimançay-Qaranohur (İsmayıllı), Talaçaydan (Zaqatala) sel keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 4, Qrız, Xınalıqda 3, Ləzədə 2 sm  təşkil edib. Havanın orta sutkalıq temperaturu 16.9, 2020-ci ilin müvafiq dövründə isə 20.2 dərəcə isti olub ki, bu da ötən illə müqayisədə  3.3 dərəcə aşağıdır”.





Mənbə: https://report.az/ekologiya/son-6-gunde-dusen-yaginti-ayliq-norma-qeder-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.