ÜST dünyada ilk dəfə malyariya peyvəndinin istifadəsini tövsiyə edib

ÜST dünyada ilk dəfə malyariya peyvəndinin istifadəsini tövsiyə edib



UST dunyada ilk dəfə malyariya peyvəndinin istifadəsini tovsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya xəstəliyinə qarşı dünyada ilk peyvəndin istifadəsini təsdiq edib.

“Report” xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

Qebreyesusun fikrincə, dünyada malyariyaya qarşı ilk peyvənd olan RTS,S Afrikada hər il on minlərlə uşağı xilas edə biləcək.

“Bu qədim və dəhşətli xəstəliyə qarşı təsirli peyvəndin olacağı günü səbirsizliklə gözləyirdim. Və bu gün peyvənd təsdiq edildi”, – ÜST rəhbəri bildirib.

Vaksinin təhlükəsiz olduğunu vurğulayan Qebreyesus təxminən dörd il davam edən klinik sınaqlardan sonra təşkilatın dərmandan istifadə barədə qərar verdiyini açıqlayıb.

Aparılan sınaqlar nəticəsində məlum olub ki, bu peyvənd malyariya infeksiyalarının 39 %-nin, ağır halların isə 29 %-nin qarşısını alır. Vaksin eləcə də ölüm hallarının 70% qarşısını ala bilir.

Peyvəndi hazırlayan İngiltərənin əczaçılıq şirkəti “GlaxoSmithKline” ehtiyacı olanlara istehsal xərclərindən 5%-dən çox olmayan qiymətlə ildə 15 milyon dozaya qədər dərman verəcəyini vəd edib.

2019-cu ildən başlayaraq Qana, Keniya və Malavidə 800 mindən çox uşaq dərmanın klinik sınaqlarında iştirak edib.





Mənbə: https://report.az/diger-olkeler/ust-dunyada-ilk-defe-malyariya-peyvendinin-istifadesini-tovsiye-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.