ÜST: Pandemiya ilə mübarizəyə 20-25 milyard dollar tələb olunur

ÜST: Pandemiya ilə mübarizəyə 20-25 milyard dollar tələb olunur



UST Pandemiya ilə mubarizəyə 20 25 milyard dollar tələb olunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus G20-lərin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ilə görüşündə koronavirus testlərinin, həmçinin peyvəndlərin, müalicə və fərdi qoruyucu vasitələrin istifadəsinin genişləndirilməsi üçün 20-25 milyard ABŞ dolları sərmayə tələb olunduğunu söyləyib.

“Report” xəbər verir ki, çıxışın mətni ÜST-ün Cenevrədəki mənzil-qərargahında yayımlanıb.

“Pandemiyaya hazırlıq və reaksiya üçün mövcud maliyyə arxitekturası qeyri-kafidir”, – o deyib. ÜST rəhbəri maliyyələşdirmənin həcmcə çox kiçik olduğunu, əldə etmək çətin olduğunu və çevik olmadığını söyləyib. Tedros Adanom Qebreyesus COVID-19 üçün diaqnostika və dərmanlara qlobal girişi təmin etmək üçün ACT-“Accelerator” beynəlxalq tərəfdaşlığının strateji planını və büdcəsini tam maliyyələşdirərək qlobal iqtisadi canlanmaya yenidən başlamağa çağırıb.

“Koronavirus testi, müalicə, fərdi qoruyucu vasitələrinə və peyvəndlərə çıxışın genişləndirilməsi və ÜST-ün ilin sonuna qədər bütün ölkələrin əhalisinin 40%-ni, gələn ilin ortalarına qədər 70%-i vaksinasiya etməsini dəstəkləmək üçün 20-25 milyard ABŞ dolları sərmayə lazımdır”, – Qebreyesus vurğulayıb.





Mənbə: https://report.az/sehiyye-xeberler/ust-pandemiya-ile-mubarizeye-20-25-milyard-dollar-teleb-olunur/

Comments are closed, but trackbacks and pingbacks are open.