ÜST rəhbəri COVID-19 peyvəndi ilə bağlı dövlətlərə çağırış edib

ÜST rəhbəri COVID-19 peyvəndi ilə bağlı dövlətlərə çağırış edib



UST rəhbəri COVID 19 peyvəndi ilə bagli dovlətlərə cagiris edib

“80-ə yaxın ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2021-ci ilin sonunadək əhalinin ən azı 40%-ni COVID-19-a qarşı peyvənd etmək məqsədinə dünya ictimaiyyətinin köməyi olmadan nail ola bilməyəcək”.

“Report” xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, bu ölkələrin 50 faizi Afrika qitəsində yerləşir: “Bu problemi həll etmək üçün əlavə 550 milyon doza peyvənd lazımdır”.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, COVID-19 peyvəndini bağışlamağa söz vermiş dövlətlər mümkün qədər tez vədlərini yerinə yetirəcək.





Mənbə: https://report.az/diger-olkeler/ust-rehberi-covid-19-peyvendi-ile-bagli-dovletlere-cagiris-edib/

Comments are closed, but trackbacks and pingbacks are open.