Üzdəki qırışlardan bu maska ilə qurtulun

Üzdəki qırışlardan bu maska ilə qurtulun


Xanımların yaş artıqca əziyyət çəkdiyi problemlərdən biri də qırışlardır. İstər kimyəvi, istərsə də təbii vasitələrlə bu qüsurdan xilas olmağa çalışırlar.

Axşam.az yerkökünün tərkibindəki beta-karoten dəridə hüceyrələrin bərpasına kömək edir, cildi yumşaldır. Üzünüzə tətbiq edəcəyiniz bu maskanı göz ətrafında yaranan izlər üçün də istifadə edə bilərsiniz.

Ev şəraitində yerköküdən istifadə edərək qırışları yox etməyə yardımçı olacaq maskanı təqdim edirik.

Tərkibi:

1 yumurtanın ağı

1 kiçik ölçülü rəndələnmiş yerkökü

1 çay qaşığı aloe vera

Əvvəlcə yumurtanın ağını köpük halına gətirin. Sonra digər maddələri onunla birlikdə qarışdırın. Göz qapaqları istisna olmaqla üzünüzə çəkin. Maskanı təxminən 30 dəqiqə saxlayın. Maskanın üzünüzü dartdığını hiss edəcəksiniz. Maskanı çıxarmaq üçün nəm, yumşaq bir dəsmal istifadə edin və dərinizi dəsmal ilə silin. Sonda nəmləndirici krem tətbiq etməyi unutmayın.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137996

Comments are closed, but trackbacks and pingbacks are open.