Vəsilə Vahidqızı yeni vəzifəyə təyin edildi

Vəsilə Vahidqızı yeni vəzifəyə təyin edildi


Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

Axşam.az xəbər verir ki, komitənin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.

Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib. Qurumun mətbuat katibi Vəsilə Vahidqızı da Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. V. Vahidqızı faktı saytımıza təsdiqləyib.

“İctimai televiziya fəaliyyətə başladığı gündən orada çalışmışam. 2008-ci ildə isə Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat katibi kimi fəaliyyətimi davam etdirmişəm. Fuad Muradovun əmri ilə yeni vəzifəyə təyin edildim”, – deyə şöbə müdiri bildirib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136427

Comments are closed, but trackbacks and pingbacks are open.