Vətən müharibəsinin iştirakçısı FHN-də vəzifəyə təyin edilib

Gəncədə təhlükənin qarşısı alındı


Tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifəyə təyin edilib.

“Report”un xəbərinə görə, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

FHN-in Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, P.Aslanov 29 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmancasına iştirak edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Jurnalist P.Aslanovun sonuncu iş yeri Lider TV olub.





Mənbə: https://report.az/media-xeber/veten-muharibesinin-istirakcisi-fhn-de-yeni-vezifeye-teyin-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.