Vaksin vurdurmamaq üçün ağaca dırmandı

Vaksin vurdurmamaq üçün ağaca dırmandı - Video


Hindistanda hökumət Puduçerri rayonunun sakinlərini koronovirus əleyhinə tam olaraq vaksinasiyadan keçirmək üçün kampaniyaya başlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rayonun Konnerikuppam kəndində yaşayan 40 yaşlı kişi gələn səhiyyə işçilərini gördükdə maraqlı yola əl atıb. O, vaksindən qorxduğu üçün ağaca dırmanıb. Tibb işçiləri vaksinin sağlamlıq üçün zəruri olduğunu izah etməyə çalışsalar da, onların cəhdləri fayda verməyib.

Kişi daha sonra peyvəndi yalnız işçilərin ağaca dırmandığı halda qəbul edəcəyini bildirsə də, əməkdaşlar buna etiraz edərək kəndi tərk ediblər.

Həmin anın görüntülərini təqdim edirik:



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140577

Comments are closed, but trackbacks and pingbacks are open.