Vaksin vurdurmayan tələbələr dərsə necə gedəcək?

Vaksin vurdurmayan tələbələr dərsə necə gedəcək?


“Ali təhsil müəssisələrində dərslərin bir hissəsi distant ola bilər”.

Axşam.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.

O bildirib ki, ali təhsil müəssisələri ilə müzakirələr davam etdirilir:

“Biz ali təhsil müəssisələrində kütləvi şəkildə, böyük sayda tələbənin iştirakı ilə dərslərin keçirilməsinin əleyhinəyik. Bununla bağlı yaxın günlərdə yekun və detallı qərar açıqlanacaq.

Peyvənd olunmayan tələbələrin distant təhsilə qatılmasının mümkün olub-olmaması ilə bağlı deyə bilərik ki, bu, həmin tələbələrin sayından asılı olaraq dəyişəcək. Əgər belə tələblərin sayı az olarsa, onlarla fərdi söhbət aparılmalıdır. Amma biz inanırıq ki, tələbələr hər biri vaksin olunacaq”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136170

Comments are closed, but trackbacks and pingbacks are open.