Vaksinasiya olunan Vladimir Putinin durumu açıqlanıb

Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib



Vaksinasiya olunan Vladimir Putinin durumu aciqlanib

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı üçüncü doza (buster) peyvəndi vurdurduqdan sonra özünü yaxşı hiss edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dövlət başçısı “Sputnik Light”la (“Sputnik layt”) aşı olunub.

D.Peskov əlavə edib ki, V.Putin hazırda iş başındadır: “O indicə görüş keçirib”.

Məlumata görə, Rusiya Prezidenti bu yaxınlarda revaksinasiya olunub.





Mənbə: https://report.az/region-xeberleri/vaksinasiya-olunan-vladimir-putinin-durumu-aciqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.