İqtisadiyyat

Vaşinqtonda atışma zamanı yeddi yaşlı qız yaralanıb


ABŞ-da silahlı insident olub.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.

Məlumata görə, hadisə ABŞ-ın paytaxtı Vaşinqtonun şimal-şərqində baş verib.

Atışma nəticəsində yeddi yaşlı qız xəsarətlər alıb.

Polisin məlumatına görə, uşaq kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Qızın anası güllənin uşağın həyati əhəmiyyətli daxili orqanlarına dəymədiyini deyib.

Asayiş keşikçiləri hadisəni törədən şəxsin axtarışlarını davam etdirirlər. Amma qeyd edilir ki, hadisəni törətməkdə şübhəli bilinən hər hansı şəxs hələ saxlanılmayıb.




Mənbə: https://report.az/diger-olkeler/vasinqtonda-atisma-neticesinde-yeddi-yasli-qiz-yaralanib/

Related Articles

Back to top button