Xərçəng musiqiçinin bütün bədəninə yayılıb

Xərçəng musiqiçinin bütün bədəninə yayılıb


1990 və 2000-ci illərin məşhur rok qrupu “Blink-182″nin vokalisti və baş gitaraçısı Mark Hoppus uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəlik musiqiçinin bütün bədəninə yayılıb. Çətin günlər yaşadığını deyən amerikalı musiqiçi sağalma ehtimalının olmadığını bildirib:

“Dördüncü dərəcəli lenfoma xərçəngi diaqnozu qoyulub. Belə deyim, xərçəng bədənimdə dörd fərqli yerə yayılıb. Bu, ən yüksək səviyyədir. Kimyaterapiyaya getməliyəm, amma bilmirəm, xeyri olacaq, ya yox. Bu ərəfəni tamamlamalıyam. Əhvalım yerindədir. Xərçəngə qalib gələcəm. Zamana ehtiyacım var”.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=134288

Comments are closed, but trackbacks and pingbacks are open.