Xaçmazda ata və oğul yaşadıqları evdə bıçaqlanıblar

Daşkəsəndə toyda gənci qətlə yetirən şəxsin məhkəməsi başlayır



Biləsuvarda 4 nəfərin bicaqlanmasinin təfərruatlari məlum olub

Xaçmazın İzmayılovka qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, 1959-cu il təvəllüdlü Beykəs Qədeşbala oğlu Süleymanov və onun oğlu, 1988-ci il təvəllüdlü Kamran Beykəs oğlu Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı K.Süleymanova qol nahiyyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, B.Süleymanova isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.





Mənbə: https://report.az/hadise/xacmazda-ata-ve-ogul-yasadiqlari-evde-bicaqlanib/

Comments are closed, but trackbacks and pingbacks are open.