Xaçmazda bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşüb, ölən var

Xaçmazda bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşüb, ölən var



Xacmazda bəy evini bəzəməyə gedən gəlinin qohumlari qəzaya dusub olən

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” dərəyə aşıb, “VAZ-2107” isə maneəyə çırpılıb.

Nəticədə, “VAZ-2107”-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, “VAZ-2107”-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

Faktla bağlı araşdırma aparılır.





Mənbə: https://report.az/hadise/xacmazda-bey-evini-bezemeye-geden-gelinin-qohumlari-qezaya-dusub-olen-var/

Comments are closed, but trackbacks and pingbacks are open.