Xalq artisti toyuna 1 gün qalmış evdən qaçıbmış

Xalq artisti toyuna 1 gün qalmış evdən qaçıbmış - Video


Xalq artisti Gülyanaq Məmmədova 1992-ci ildə toyuna bir gün qalmış evdən qaçıb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda “1 dəqiqə” verilişində danışıb.
O bildirib ki, buna səbəb sənətçinin ailəsi tərəfindən sevmədiyi dayısı oğlu ilə ailə qurmağa məcbur edilməsi olub:

“Bu, o demək deyil ki, dayım oğlunu qoyub qaçmışam. 1991-ci ildən 1992-ci ilədək onunla nişanlı olmuşam. O, məni sevirdi, mən də onu dayım oğlu kimi sevirdim. Arzularımın ardınca qaçmışam”.

Həmin günlərlə bağlı anasının müsahibəsini izləyən G.Məmmədova göz yaşlarına hakim ola bilməyib.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137932

Comments are closed, but trackbacks and pingbacks are open.