Xalq artistinin arvadı vəfat etdi

Xalq artistinin arvadı vəfat etdi


Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidzenin həyat yoldaşı İrina Kebadze vəfat edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, İrina uzun müddətdir xəstə imiş və müalicə alırmış.

Aktyor-müğənni xanımının vəfatı haqda sualları cavabsız qoyub. Qızı İrina isə “Mənim ən mehriban, etibarlı insanım dünyasını dəyişdi. Ana, səni sevirəm” deyə, bildirib.

İrina Kebadze Gürcüstanın Əməkdar artisti idi. O, Tiflis Akademik Opera Teatrında çalışıb. Kebadze və Kikabidze 50 ildir ailəlidir.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137589

Comments are closed, but trackbacks and pingbacks are open.