“Xiaomi” bloklanan smartfonların fəaliyyətini bərpa edib

“Xiaomi” bloklanan smartfonların fəaliyyətini bərpa edib



Xiaomi bloklanan smartfonlarin fəaliyyətini bərpa edib

“Xiaomi” şirkəti bir sıra ölkələrdə bloklanan smartfonların fəaliyyətini bərpa edib.

“Report” “Global Time”a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, həmin smartfonlar “Xiaomi”nin rəsmən fəaliyyət göstərmədiyi ölkələrdə qaçaqmalçılığın qarşısını almaq məqsədilə bloklanıb və bu, sırf müvəqqəti tədbir olub.

Daha əvvəl “XDA-developers” forumu bildirmişdi ki, “Xiaomi” İran, Suriya, Şimali Koreya, Kuba kimi bir sıra ölkələrdə, habelə Krım kimi bölgələrdə smartfonların satışına məhdudiyyət qoyub.





Mənbə: https://report.az/ikt/xiaomi-butun-dondurulmus-smartfonlarini-yeniden-acdi/

Comments are closed, but trackbacks and pingbacks are open.