Xocavənddə polislər bomba aşkarlayıb | Report.az

Xocavənddə polislər bomba aşkarlayıb | Report.az



Xocavənddə polislər bomba askarlayib Reportaz

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.

Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.

Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.





Mənbə: https://report.az/qarabag/xocavendde-polis-emekdaslari-partlayici-vasite-askar-edibler/

Comments are closed, but trackbacks and pingbacks are open.