Xoşqədəmin vəkilindən məhkəmə qərarı ilə bağlı iddiaya

Xoşqədəmin vəkilindən məhkəmə qərarı ilə bağlı iddiaya - Cavab


Əməkdar jurnalist, aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasında gedən məhkəmə prosesi başa çatsa da, mübahisə bitmir. N.Səfərli onun adından yayımlanan üzr məktubunun gerçək olmadığını bildirib.

Məsələ ilə bağlı Xoşqədəm Hidayətqızının vəkili Ramil Qocayev Axşam.az-a açıqlama verib. Vəkil məhkəmə prosesinə və yekun qərara aydınlıq gətirib:

“Qanuni qüvvəyə minmiş məhkəmə qərarı var ki, Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, təkzib verməli və müvafiq qaydada maddi cəhətdən vəsait, kompensasiya ödəməlidir. Məhkəmə qərarı verildi və icra şöbəsinə təqdim edildi. Nazilə Səfərli vəsaiti ödədi. Xoşqədəm Hidayətqızı məbləği özü götürmədi, yardıma sərf etdi. Qarşı tərəf üzr istəməkdən yayınır, məhkəmə qərarını icra etmək istəmirdi. Nizami Rayon İcra Şöbəsi tərəfindən müvafiq axtarış işi açılmışdı. Polis tərəfindən gətirildi, onun barəsində məhkəmə qərarını icra etməməsi haqda inzibati protokol tətbiq edildi. Protokola baxılması üçün göndərildi Nizami rayon məhkəməsinə. Burada İntizibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməyi təsdiq edildi. Yəni bu adam qərəzli şəkildə qəsdən məhkəmə qərarını icra etmirdi. Buna görə də 500 manat cərimələndi. Bu, 500 manat bizim üçün deyil, dövlətə ödənildi. Bu, təzminat yox, cərimə idi.

Qarşı tərəf apellyasiya şikayəti verdi, baxıldı, amma uduzdu. Yenidən icra şöbəsinə qayıtdı, çünki məhkəmə qərarı tam yerinə yetirilmədi. Qarşı tərəfin vəkili bilirdi ki, iş icra şöbəsinə qayıtsa, hal müəyyən olunsa, onun barəsində inzibati xəta deyil, cinayət məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılacaqdı. Daha sonra rəsmi qaydada icra şöbəsinə gətirildi, üzr istədi və məsələyə xitam istəndi. Üzr də qarşı tərəfin müsahibəsində dediyi “səhifəmdə üzr istəməmişəm” kimi Nazilə Səfərlinin öz səhifəsində yox, Nazilənin təhqirinin dərc edildiyi “Show-news” saytında olmalı idi və oldu. Yəni icrada yazdığı üzr həmin saytda verildi. 4 avqust 2021-ci il tarixində işin icratına xitam verildi. Nazilə Səfərli məhkəmə qərarını tam icra etdi. Üzrün fotosu var.

O iddia edir ki “həmin dərc olunan üzrxahlıq” yazısını özü yazmayıb, ondan xəbəri yoxdur. O zaman İcra icratına xitam verilmə barədə Bakı Şəhər Nizami Rayon İcra şöbəsinin qəbul etdiyi qərardan məhkəməyə müraciət etsin. Bizim əlimizdə məhkəmə qərarı var, bu qədər”.

Xosqədəmin vəkilindən məhkəmə qərari ilə bagli iddiaya



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136484

Comments are closed, but trackbacks and pingbacks are open.