Yəməndə mina partlayışı nəticəsində 3 nəfər ölüb

Yəməndə mina partlayışı nəticəsində 3 nəfər ölüb



Yəməndə mina partlayisi nəticəsində 3 nəfər olub

Yəmənin şimalındakı Əl-Cəvf əyalətində minanın partlaması nəticəsində 3 mülki şəxs ölüb, daha 3 nəfər yaralanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Marib-Əl-Cauf avtomobil yolunda mülki avtomobilin hərəkət etdiyi yolda mina partlayıb.

Yəmən hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Yəməndə 2014-cü ilin sentyabrından silahlı qarşıdurma davam edir. Husilər paytaxt Səna da daxil olmaqla ölkənin qərbində geniş ərazilərə nəzarət edir.

Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür.





Mənbə: https://report.az/diger-olkeler/yemende-mina-partlayisi-neticesinde-3-nefer-olub/

Comments are closed, but trackbacks and pingbacks are open.