Şou Biznes

Yaddaşı möhkəmləndirən salat

Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri də normal qidalanmaqdır.

Axşam.az Türkiyə mətbuatına istinadən beyin fəaliyyətini gücləndirməyə, yaddaşı yaxşılaşdırmağa kömək edən omeqa-3 yağ turşusu və vitaminlərlə zəngin olan salatı təqdim edir.

Tərkibi:

1/2 kiçik ölçülü kələm

2 ədəd iri kök

4 xörək qaşığı qarğıdalı konservi

10 ədəd yaşıl zeytun

2 xörək qaşığı qoz yağı

Limon suyu

Duz

Hazırlanması:

Kələmi nazik-nazik doğrayıb, kökü rəndənin iri gözündən keçirin. Zeytunları nazik halqa şəklində doğradıqdan sonra hamısını eyni qaba yığıb, qarğıdalı konservi, qoz yağı, limon suyu və duz əlavə edib yaxşıca qarışdırın.







                 






Mənbə: https://axsam.az/?name=xeber&news_id=131571

Related Articles

Back to top button