YAP Veteranlar Şurasının sədri və müavininin səlahiyyət müddəti müəyyənləşib

YAP Veteranlar Şurasının sədri və müavininin səlahiyyət müddəti müəyyənləşib



YAP Veteranlar Surasinin sədri və muavininin səlahiyyət muddəti muəyyənləsib

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının sədri və sədr müavininin səlahiyyət müddəti müəyyənləşib.

“Report”un xəbərinə görə, bu barədə YAP Veteranlar Şurasının yeni Əsasnaməsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Veteranlar Şurasının üzvləri, həmçinin sədri və sədr müavini YAP Sədrinin təqdimatı əsasında Qurultayın qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar.

Qeyd edək ki, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.





Mənbə: https://report.az/daxili-siyaset/yap-veteranlar-surasinin-sedri-ve-muavininin-selahiyyet-muddeti-mueyyenlesib/

Comments are closed, but trackbacks and pingbacks are open.