Yaqub Zurufçu koronavirusdan vəfat etdi

Yaqub Zurufçu koronavirusdan vəfat etdi


Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verilib.

O, sənətçinin bir saat əvvəl vəfat etdiyini deyib.

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist bir müddət əvvəl “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub.

Allah rəhmət eləsin.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=136456

Comments are closed, but trackbacks and pingbacks are open.