Yaqut Qarayeva: “Ailə qurmamışdan öncə vaksinasiya tövsiyə olunur”

Yaqut Qarayeva: "Ailə qurmamışdan öncə vaksinasiya tövsiyə olunur"



Yaqut Qarayeva Ailə qurmamisdan oncə vaksinasiya tovsiyə olunur

“Bu günə qədər ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.

“Dünya praktikasına uyğun olaraq yeni ailə qurmamışdan öncə, uşaq planlaşdırılandan öncə ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki sonra hamiləlik dönəmində hər hansı gənc xanımın virusa yoluxması uşağın, dölün inkişafına çətinliklər yaradacaq bir şeylərdir. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur”, – o bildirib.





Mənbə: https://report.az/sehiyye-xeberler/yaqut-qarayeva-yeni-aile-quranlara-vaksinasiya-tovsiye-olunmur/

Comments are closed, but trackbacks and pingbacks are open.