Yardımlıda Vətən Müharibəsi iştirakçısı vəzifəyə təyin edilib

Yardımlıda Vətən Müharibəsi iştirakçısı vəzifəyə təyin edilib


Yardımlı rayonunda Vətən Müharibəsinin 23 yaşlı iştirakçısı Abbas Bünyadlı vəzifəyə təyinat alıb.

“Report” xəbər verir ki, rayonun Ostayır kənd sakini, A.Bünyadlı icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, A.Bünyadlı Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirib.

O, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ali Baş Komandan tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Yardimlida Vətən Muharibəsi istirakcisi vəzifəyə təyin edilib

1623287932 530 Yardimlida Vətən Muharibəsi istirakcisi vəzifəyə təyin edilib

1623287932 146 Yardimlida Vətən Muharibəsi istirakcisi vəzifəyə təyin edilib





Mənbə: https://report.az/daxili-siyaset/yardimlida-veten-muharibesi-istirakcisi-vezifeye-teyin-edilib/

Comments are closed, but trackbacks and pingbacks are open.