“Yarqı” final edə bilər

"Yarqı" final edə bilər


Reytinqlərdə ilk sırada yer alan “Yarqı” serialının mövsüm sonunda final edə biləcəyi açıqlanıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb ekran işində baş rollardan birini canlandıran aktrisa Pınar Dənizə beynəlxalq rəqəmsal platformadan təklif gəlməsi olub. Aktrisanın karyerası üçün önəmli addım olduğu deyilən layihəni qəbul edəcəyi təqdirdə serial izləyicilərlə vidalaşacaq.

Qeyd edək ki, aktyor Kaan Urqancıoğlu ilə tərəf müqabili olan Pınar sözügedən ekran işində “Ceylin” obrazına həyat verir.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140302

Comments are closed, but trackbacks and pingbacks are open.