Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır

Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır



Yasamalda 11 yasli usagi avtomobil vurub vəziyyəti agirdir

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yolu keçən 2010-cu il təvəllüdlü Mirzəyev Əbəlfəz Tərlan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

11 yaşlı uşağın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.





Mənbə: https://report.az/hadise/yasamalda-11-yasli-usagi-avtomobil-vurub-veziyyeti-agirdir/

Comments are closed, but trackbacks and pingbacks are open.