Yeni İl hədiyyəni kontakt.az-dan sifariş etmək üçün 5 səbəb

Yeni İl hədiyyəni kontakt.az-dan sifariş etmək üçün 5 səbəb - Əla fürsətlər


Yeni İl yaxınlaşdıqca bayram həyəcanı da artır. Hələ də bayram hədiyyənizi ala bilməmisiniz? Təlaşlanmayın. 30.000 çeşiddə geniş məhsul seçimi ilə kontakt.az dadınıza çatacaq.

kontakt.az saytında siz hər zövqə, hər yaşa, hər cibə uyğun məhsulları tapıb sifariş edərək Yeni İldə özünüzə və yaxınlarınıza ən yaxşı hədiyyəni edə bilərsiniz. Özü də 50%-dək endirimlə. “Kontakt”ın sevindirən səbəbləri sadalamaqla bitmir. Gəlin ən vaciblərinə birlikdə nəzər salaq:

1. Pulsuz və Təhlükəsiz çatdırılma: 7/24 günün istənilən saatında kontakt.az saytına keçib sadəcə bir kliklə çoxdan arzuladığınız məhsulu sifariş etməyiniz kifayət edir ki, düz qapınıza çatdırılma edilsin. Qeyd edək ki, “Kontakt” hazırda ölkədaxili istənilən ünvana (Naxçıvan MR istisna) sevinc daşıyır.

2. Şeş-Qoşa kampaniyası:10 minlərlə bəxtəvərdən 1-də siz ola bilərsiniz. Necə? Çox sadə. Beləki Yeni İl hədiyyənizi nağd, “6 dəfəyə ödə” və ya taksit kartları ilə sifariş verdikdən sonra, çatdırılma zamanı sizə kupon təqdim olunacaq. Həmin kuponla istənilən “Kontakt” mağazasına 7 gün ərzində yaxınlaşıb zər ata bilərsiniz. 6 qoşa düşərsə, təbriklər! Deməli şans sizin qapınızı döyüb.

3. Video Konsultasiya xidməti – Əgər “görmədən ala bilmərəm” deyirsinizsə, “Kontakt” bu məqamda da sizi düşünüb. İşinin peşəkarı olan satış məsləhətçiləri sizinlə WhatsApp vasitəsilə əlaqə yaradıb bəyəndiyiniz məhsulun detallarını nümayiş etdirəcək, xarakteristikasını və istifadə qaydasını izah edəcək, həmçinin suallarınızı cavablandıracaq. Üstəlik rahatlığınız üçün Video zəng zamanı siz öz görüntünüzü də bağlaya bilərsiniz.

4. Nağd alışda 50%-dək endirimli qiymətlər, hissəli alışda 24 ayadək faizsiz, komissiyasız, ilkin ödənişsiz şərtlər – Yanvarın 16-dək nağd alışda hər növ məhsulu 50%-dək endirimlə, hissəli alışla isə smartfonları 12, televizor, məişət, ev tekstili məhsullarını 18, mebelləri isə düz 24 ayadək faizsiz, komissiyasız, ilkin ödənişsiz ala bilərsiniz.

5. “6 dəfəyə ödə” aksiya şərtləri – Belə təklif heç yerdə yoxdur. 50%dək endirimlə ürəyinizə yatan məhsulu alın, ödənişi yerindəcə 6 aya bölün.
 
Aşağıdakı təkliflər sizin üçün faydalı olacaq:

Funksionallığı və əlverişli qiyməti ilə çox sevilən Xiaomi smart qolbağının qiyməti 100 deyil, cəmi 49 manat təşkil edir.

81 sm ekran diaqonalına malik, smart funksiyalı Hoffmann televizoru əsl bayram hədiyyəsi ola bilər. Qiymət 520 yox, cəmi 399 manat.

1800 Vt gücə sahib, istifadəsi olduqca asan minimum səslə çalışan ətçəkəni isə 210 yox, cəmi 129 manata ala bilərsiniz.

Üstəlik “Kontakt”da ən yaxşı qiymətə 120% zəmanət verilir.

“Kontakt” kredit alıcılarını da unutmayıb. Beləliklə;

Məşhur Türkiyə brendi olan Sarvagellinin süfrə dəsti bayram masanızın görüntüsünü tamamlayacaq. Ayda cəmi 8 manat.

Ən çox satılan 13 yuma proqramı ilə təchiz olunmuş LG paltaryuyanı isə nə az, nə çox ayda cəmi 47 manata təklif olunur.  

Odur ki, tələsin! “bir klik”lə siz doğmalarınızı, Kontakt isə sizi sevindirsin. Qarşıdan gələn Yeni İl bayramınız mübarək.



Mənbə: https://axsam.az/?name=xeber&news_id=140332

Comments are closed, but trackbacks and pingbacks are open.