Yeni layihə həyata keçirilir – FOTO – Yenicag.Az

Avropa İttifaqı ilə BMTİP-dən vətəndaş cəmiyyətinə DƏSTƏK: Yeni layihə həyata keçirilir – FOTO


Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) iqlim dəyişikliyi və onun Azərbaycana təsirləri barədə vətəndaş cəmiyyəti (VCT) təşkilatlarının məlumatlılığını artırır.

Yenicag.az-a BMTİP-də verilən məlumata əsasən, bu məqsədlə Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində 40-a yaxın vətəndaş cəmiyyəti təşkilatı və fəal qrupların iştirakı ilə maarifləndirmə proqramı təşkil edilib.

İştirakçılar iqlim riskləri və onun nəticələri, beynəlxalq iqlim sazişləri çərçivəsində ölkələrin öhdəlikləri haqqında ətraflı məlumat əldə ediblər.

Sessiyalar Bakının ətraf qəsəbəsində yerləşən Qala Etno-Ekoloji Mərkəzində təşkil olunur. Proqram çərçivəsində iştirakçılar iqlim dəyişikliyinin müxtəlif icmalara və iqtisadi sektorlara necə təsir etdiyini müzakirə edir, adaptasiya strategiyaları ilə tanış olur, həmçinin beynəlxalq iqlim danışıqlarını qrup şəklində çalışır və nəticədə, Dayanıqlı İnkişaf Məqsədi 13 – iqlim fəaliyyəti üzrə göstəricilərə nail olunmasında vətəndaş cəmiyyətinin rolunu dərindən öyrənirlər.

İştirakçılar, həmçinin Qala Etnoqrafiya Qoruğundakı muzeylərə, o cümlədən köhnə Qala bölgəsindəki ərazilərə səfər ediblər.

Sözügedən maarifləndirmə proqramı 8 tam iş gününü əhatə edir və oktyabrın ayının ortalarına qədər davam edəcək.

Qeyd edilməlidir ki, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə, BMTİP tərəfindən həyata keçirilir. Layihə – siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.

COVID 19 pasportu olmadan toya pul yazdirib cixmaq olar – YenicagAz

www.yenicag.az





Mənbə: https://yenicag.az/avropa-ittifaqi-ile-bmtip-den-vetendas-cemiyyetine-destek-yeni-layihe-heyata-kecirilir-foto/

Comments are closed, but trackbacks and pingbacks are open.