Yeni sevgilisini öpəndə görüntüləndi

Yeni sevgilisini öpəndə görüntüləndi


Aktyor Rıza Kocaoğlu yeni eşqə yelkən açıb.

Axşam.az xəbər verir ki, aktyor “Atiye” serialının rejissor köməkçisi Burcu Alptekinlə sevgilidir. Cütlük Cihangirdə səmimi şəkildə görüntülənib. Rıza ətrafdakı insanlara əhəmiyyət vermədən Burcunu boynundan öpərək onu qucaqlayıb.

İkili həmin anları görüntüləyən paparatsilərin münasibətləri ilə bağlı suallarını cavabsız qoysalar da bu çəkilişdən narahat olmayıblar.

Qeyd edək ki, “Çukur” serialında “Aliço” obrazına həyat verən Rıza hazırda “Üç kuruş”da rol alır



Mənbə: https://axsam.az/?name=xeber&news_id=137355

Comments are closed, but trackbacks and pingbacks are open.