Yeni tədris ilində 800-dən çox icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək

Yeni tədris ilində 800-dən çox icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək



Yeni tədris ilində 800 dən cox icma əsasli məktəbəqədər təhsil qrupu

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən icma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək.

“Report” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

O qeyd edib ki, layihə təqribən 15 000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək: “776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir”.





Mənbə: https://report.az/elm-ve-tehsil-xeberleri/yeni-tedris-ilinde-800-den-cox-icma-esasli-mektebeqeder-tehsil-qrupu-fealiyyet-gosterecek/

Comments are closed, but trackbacks and pingbacks are open.