Siyasət

Yol polisi Samuxda reyd keçirib

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 15 nəfər barəsində müvafiq tədbir görülüb.




Mənbə: https://report.az/hadise/yol-polisi-samuxda-reyd-kecirib/

Related Articles

Back to top button