Yuli Qusman: “Azərbaycanı böyük Zəfər münasibətilə təbrik edirəm”

Yuli Qusman: “Azərbaycanı böyük Zəfər münasibətilə təbrik edirəm”



Yuli Qusman Azərbaycani boyuk Zəfər munasibətilə təbrik edirəm

“Böyük bəstəkar, müğənni və artist Polad Bülbüloğlu mənim dostumdur. O, uşaqlıqdan doğma Şuşa şəhərini xatırlayır, ora üçün darıxır və narahat olurdu. Polad hər zaman mənə əminliklə deyirdi ki, biz ora qayıdacağıq”.

Bunu “Report”un Rusiya bürosuna müsahibəsində SSRİ və Rusiyanın teatr və kino rejissoru, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Yuli Qusman Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini şərh edərkən bildirib.

O, dostunun hisslərini duyduğunu, amma vaxtilə Qarabağla bağlı vəziyyətin mürəkkəbliyini anladığı üçün həmin dövrdə P.Bülbüloğlunun ruh yüksəkliyini bölüşmədiyini deyib: “Azad edilmiş Şuşaya ilk səfər edən şəxslərdən biri olan Polad ata evinin qarşısında oxudu. O, xoşbəxt idi və bu xoşbəxtliyi hər kəsə ötürürdü”.

Y.Qusmanın fikrincə, qələbə məhz bu cür ayrı-ayrı və sevincli hadisələrdən, habelə öz evlərinə qayıtmaq imkanına malik şəxslərin sevincindən ibarətdir: “Azərbaycanı Vətən müharibəsində qazanılmış böyük Zəfər münasibətilə təbrik edirəm. Bayramınız mübarək!”.





Mənbə: https://report.az/medeniyyet-siyaseti/yuli-qusman-azerbaycani-boyuk-zefer-munasibetile-tebrik-edirem/

Comments are closed, but trackbacks and pingbacks are open.