Yunanıstan koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Yunanıstan koronavirusa rekord sayda yoluxma qeydə alınıb



Yunanistan koronavirusa rekord sayda yoluxma qeydə alinib

Yunanıstan koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.

Sutka ərzində ölkədə 35 580 nəfər koronavirusa yoluxub, 76 nəfər dünyasını dəyişib.

Əhalisi təxminən 10,7 milyon olan Yunanıstanda yoluxanların ümumi sayı 1,21 milyon nəfər təşkil edir, ümumilikdə 20 790 nəfər ölüb.

Yunanıstanın səhiyyə naziri Thanos Pleuris daha əvvəl bildirib ki, rekord artım Yunanıstanda “omikron” ştamının üstünlük təşkil etməsi ilə bağlıdır. Koronavirusun sürətlə yayılması ilə əlaqədar Yunanıstan hakimiyyəti dekabrın 30-dan etibarən bir sıra yeni məhdudiyyətlər tətbiq edib.





Mənbə: https://report.az/diger-olkeler/yunanistan-koronavirusa-rekord-sayda-yoluxma-qeyde-alinib/

Comments are closed, but trackbacks and pingbacks are open.