“Yuventus”un müdafiəçisi oyun sayına görə əfsanəvi qapıçıya çatıb

"Neftçi"nin legioneri: "Hər şeyi "Barselona"dan öyrənmişəm" - MÜSAHİBƏ


“Yuventus”un futbolçusu Leonardo Bonuççi İtaliya millisinin heyətində 112-ci oyununa çıxıb.

“Report” OPTA-ya istinadən xəbər verir ki, İspaniya seçməsinə qarşı UEFA Millətlər Liqasının final mərhələsinin yarımfinal matçında iştirak edən 34 yaşlı müdafiəçi yığmada ən çox görüş keçirmiş yerli oyunçuların siyahısında 7-ci pilləyə yüksəlib.

Təcrübəli futbolçu bu göstərici ilə millinin əfsanəvi qapıçısı Dino Zoffa çatıb.

Qeyd edək ki, Milan şəhərindəki “San-Siro” stadionunda keçirilən matçda ilk hissə oynanılır və İtaliya yığması hesabda geridədir – 0:1.





Mənbə: https://report.az/futbol-xeberleri/yuventus-un-mudafiecisi-oyun-sayina-gore-efsanevi-qapiciya-catib/

Comments are closed, but trackbacks and pingbacks are open.