Zakarpatiye qubernatoru: “Vilayətdəki bütün azərbaycanlılarla şəxsən görüşmək istəyirəm”

Zakarpatiye qubernatoru: “Vilayətdəki bütün azərbaycanlılarla şəxsən görüşmək istəyirəm”


Ukraynanın Zakarpatiye vilayətinin qubernatoru Anatoliy Poloskovun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

– Azərbaycan və Ukrayna arasındakı regional, iqtisadi, sosial əlaqələrin cari durumunu necə qiymətləndirirsiniz? Təmsil etdiyiniz regionun Azərbaycanla regional əlaqələrində hansı həll olunmamış məsələlər qalır? Nə təklif edə bilərsiniz?

– Əlaqələrimizin səviyyəsini qəbuledilməz dərəcədə aşağı kimi xarakterizə edərdim. Çünki hazırda Zakarpatyedə bir dənə də olsun Azərbaycan biznesi yoxdur. Hərçənd Azərbaycanda güclü şirkətlər olduğunu bilirik. Ona görə də vəziyyəti, o cümlədən özümün bu istiqamətdəki fəaliyyətimi müsbət heç bir şey olmayan durum kimi dəyərləndirirəm. Eyni zamanda, cari durum münasibətlərimizdə çox böyük perspektivlərin ola biləcəyini deyir. Çox sayda Azərbaycan vətəndaşı, azərbaycanlı tanıyıram, onlar məsuliyyətli, vicdanlı adamlardır. Bilirəm ki, onlarla biznes aparmaq olar və aparılmalıdır da. Bu baxımdan maraq göstərib gəldiyinizə, vilayət administrasiyalarının rəhbərləri ilə görüşdüyünüzə görə Sizə təşəkkür etmək istəyirəm. Birgə səylər nəticəsində əlaqələrə təkan vermək olar.

Zakarpatiye qubernatoru Vilayətdəki butun azərbaycanlilarla səxsən gorusmək istəyirəm

Azərbaycan ilə mal və xidmətlərin idxalı və ixracı statistikasındakı rəqəmlər özü hər şeyi deyir. 2020-ci ildə cəmi 300 min ABŞ dolları olmuşdusa, 2021-ci ilin birinci yarısında 140 min ABŞ dolları olub. Başa düşürəm, pandemiya oldu, 2020-ci il sanki həyatımızdan ayrı keçdi, biznes olmadı, amma əlaqələrimizi gücləndirməli olduğumuza zərrə qədər şübhə etmirəm. Məsələn, götürək SOCAR-ı. Nəyə görə də Zakarpatye vilayətində SOCAR-ın yanacaqdoldurma məntəqələri olmasın?! Yəni bunu perspektiv əlaqə kimi nəzərdən keçirə bilərik. Zakarpatye vilayətində istirahət üçün böyük potensial var. Bizdə Ukraynanın digər regionlarında tapa bilməyəcəyiniz təbii şərait var. Çünki elə də böyük olmayan ərazidə həm dağlıq, həm də düzənlik yerlər var. İqlim elə unikaldır ki, ilin istənilən dövründə istirahət etmək mümkündür.

Məsələn, noyabr ayının əvvəllərində-ortalarında vilayətin bir yerində üzüm toplayırlar, havanın tempraturu 16-18 dərəcə isti olursa, 100-120 km aralıda insanlar xizəklə sürüşür. Bu, unikal haldır, müxtəlif formalı istirahət imkanı verir. Bizdə əla mineral sular var. İstirahət üçün hər cür şərait yaradılıb. Ona görə də turizm sahəsində əməkdaşlıq, turist-qonaq mübadiləsi də maraqlı istiqamətdir. Amma işə PR kampaniyaları ilə başlamaq lazımdır.

Zakarpatyedə Azərbaycan, Azərbaycanda Zakarpatye barədə məlumatlı olmalıdırlar. Ölkələrimiz arasında məsafə böyük olduğundan logistika məsələlərini də anlamaq lazımdır. Ujqorodda hava limanının işini bərpa etdik. Kiyevdən müntəzəm reyslər var. Bu, bizim diyarlara gəlib çatmaq üçün variantlardan biridir. Ukrayna hazırda yol infrastrukturuna böyük vəsaitlər ayırır. Bu səbəbdən avtomobillə səyahət etmək də rahatdır. Dövlət yolların demək olar hamısını bərpa edib. Zakarpatyedə də yollar çox gözəldir. Yol boyu yaşıllıqların arası ilə hərəkət edirsən. Karpat dağlarının mənzərəsi, ordan axan çaylar da bütün bunlara gözəllik qatır. Avropa İttifaqının dörd ölkəsi ilə həmsərhədik. O ölkələrdə olan insanlar asanlıqla bizim vilayətə gələ bilər. Odur ki, əlaqələri qurmaq lazımdır, vacibdir, buna tam əminəm.

1632884883 499 Zakarpatiye qubernatoru Vilayətdəki butun azərbaycanlilarla səxsən gorusmək istəyirəm

Ola bilsin, vəziyyətin belə olmasına Zakarpatye vilayətindəki Azərbaycan icmasının çox kiçik olması da təsir edir. Bizdə əhalinin siyahıyaalınması son dəfə 2001-ci ildə olub. Həmin hesablamaya görə, Zakarpatye vilayətində 321 azərbaycanlı yaşayırdı. İndi dəqiq rəqəmi bilməsəm də, vilayətimizdə azərbaycanlıların olduğunu bilirəm. Çünki ötən il bizdə Zakarpatye vilayətində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi qeydiyyatdan keçib. Bax, vacib yerə gəldik. Gərək onların rəhbəri Zahid Hüseynov ilə canlı görüşüm, vəziyyəti müzakirə edim. Əslində buradakı azsaylı azərbaycanlıların hamısı ilə şəxsən görüşüb, söhbətləşmək istəyirəm. Bu, əlaqələrimizin inkişafına da müsbət təsir edər, bizi yaxınlaşdırardı. Çünki hesab edirəm ki, Zakarpatye vilayətində olan bütün milli azlıqlar özlərini əmin, rahat hiss etməlidirlər, burada öz evlərindəki kimi yaşamalıdırlar. Sayın da heç fərqi yoxdur.

– Zakarpatye həm təbii resurslar baxımından, həm də strateji nöqteyi-nəzərdən xüsusi önəmli vilayətdir. Bu amillərdən irəli gələrək, Azərbaycan ilə qarşılıqlı fəaliyyətdə hansı məsələlər nəzərdən keçirilə bilər? Hansısa konkret təklifləriniz varmı?

– Bizdə fəaliyyətdə olan bir sənaye parkı var, Macarıstanla sərhəddə yerləşir. Orada çox güclü avtomobil zavodu var. “Şkoda” avtomobilləri istehsal edilir. ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvyen ilə görüşümüzdə ona bu sənaye parkında “Ford” avtomobillərinin də istehsalına başlanılmasını təklif etdik.Hazırda daha iki belə sənaye parkının yaradılması üzərində işləyirik. Dövlət, yerli icmalar tərəfindən bütün infrastruktur hazır vəziyyətə gətirilir. Sənaye parkları çox əlverişli logistik nöqtələrdə yaradılır. Onun sərhədə yaxın olması, keçid məntəqəsindən çox da uzaq olmaması, avtomobil yollarının və dəmir yolu xətlərinin yaxınlıqda olması kimi amillər nəzərə alınır. Sənaye parkı ilə biznes aparmaq olar və aparılmalıdır da. Açmağı planlaşdırdığımız sənaye parklarında Azərbaycan üçün maraqlı olan sənaye sahəsi də ola bilər. Bu parklar investora işləməyin asan və rahat olduğu ərazilərdir. Buna görə də faəliyyət sahələrini məhdudlaşdırmırıq. Biz biznes qurmaq üçün münbit şərait yaradırıq. Tərəfimizdən yatırılan investisiyaların tam qorunması,investorun maraqlarının müdafiəsi təmin edilir. Odur ki, yeni sənaye parkları istifadəyə verildikdən sonra məmnuniyyətlə bu barədə Azərbaycan tərəfinə məlumat verərik.

1632884883 571 Zakarpatiye qubernatoru Vilayətdəki butun azərbaycanlilarla səxsən gorusmək istəyirəm

– Ukrayna hazırda ciddi islahatlar astanasındadır. Təmsil etdiyiniz region bu islahatlarda necə iştirak edir? Zəhmət olmasa, konkret faktlarla sadalayardınız.

– Əslində, islahatların astanasında yox, içərisindəyik. Başqa sözlə, islahatlar gedir və bunlar az-çox hiss olunur. Məsələn, tibbi xidmət sahəsini götürək. Tibb sahəsinin maliyyələşməsi,ölkədə tibb sahəsinin strukturu,pasiyentə münasibət baxımından ciddi dəyişikliklər olub. Bu gün xəstə qeydiyyatda olduğu xəstəxanaya bağlı deyil, o, istədiyi yerdə müalicə ala bilir. Maliyyələşmə isə mərkəzi xətlə olur. Yəni xəstəxanaların, müalicə müəssisələrininKiyevdəki Tibbi Yardım üzrə Dövlət Xidməti ilə müqavilələri var. Pasiyent qeydiyyatda olduğu yerdən asılı olmayaraq, müalicəsini alır və bununla eyni zamanda Kiyevdən onun müalicəsi üçün müvafiq xəstəxanaya və ya müalicə müəssisəsinə birbaşa ödəmə daxil olur. Bu, çox rahat, düzgündür və bu gün mexanizm yaxşı işləyir.

İnşaat sahəsində də böyük islahatlar, dəyişikliklər edirik. Prezident Zelenskinin bu sahədəki “Böyük tikinti” proqramı ölkə üçün çox böyük qlobal layihədir. Məsələn, xırda nümunə kimi Zakarpatye vilayətindəmüstəqillik dövründə heç vaxt əl dəyilməyən yolların təmir olunduğunu, müstəqil Ukrayna tarixində olmadığı qədər çox sayda tibbi infrastruktur obyektinin tikildiyini və bərpa edildiyini göstərə bilərəm. Məktəblər, uşaq bağçaları, idman obyektləri salınır və ya əsaslı təmir edilir. Zakarpatye vilayətində çox şey edilir və 2022-ci il üçün də böyük planlarımız var. Zelenskinin gəlişindən sonrakı dəyişiklik o qədər aydın görünür ki, bununla mübahisə etmək olmaz. Amma əvəzində insanlarda suallar yaranır. Məsələn, “Bunu niyə daha əvvəl etmirdilər?”, “Hazırda müharibə şəraitində olmağımıza, bunun böyük maliyyə tələb etməsinə baxmayaraq, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bunu indi necə edirlər?” tipli. Amma hakimiyyətə doğru insan və komanda gələndə belə dəyişikliklər mümkün olur. Yenə özümüzdən nümunə çəkim. Zakarpatye vilayətində bir ildən az müddətdə 8 qəbul şöbəsi inşa etdik və ya əsaslı təmir etdik. Faktiki olaraq xəstəxana tikmişik. Çünki qəbul şöbəsi təkcə xəstənin gəlib ilkin istiqamət alması demək deyil. Bu həm də əməliyyat otaqlarıdır, müasir, çox güclü kompüter tomoqrafiyası aparatlarıdır, angeoqraflardır, yeni rentgen aparatlarıdır. Bu, bizdə alınır. Bu komandada, hadisələrin mərkəzində olduğuma görə fəxr edirəm.

– Zakarpatye vilayətinin yerləşdiyi region pandemiya zamanı çox həssas bölgə oldu, tez-tez qırmızı zona elan edildi. İndi statistik göstəricilər necədir və perspektivi necə görürsünüz? Bu amil regionun əsas resursu olan turizm sahəsinə necə təsir etdi?

– Pandemiya, vaksinasiya ilə bağlı onu deyə bilərəm ki, hazırda bizdə yeni yoluxma sayına, xəstəxanaya yatırılmalı olan pasiyentlərin sayına görə Ukrayna üzrə ən yaxşı vəziyyətlərdən biri yaşanır. Zakarpatye vilayətində vaksinasiya mərkəzləri, məntəqələri baxımında çox sıx şəbəkə yaratmışıq. Müqayisə üçün deyim ki, bu baxımdan yalnız Kiyev və Dnepropetrovsk vilayətləri bizdən üstündür. Sadəcə, onların ərazisi və əhalisi də daha çoxdur. Hazırda vilayətimizdə 217 vaksinasiya məntəqəsi və 14 vaksinasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdə istirahət günlər olmur, onlar hər gün işləyirlər. ÜST tərəfindən təsdiqlənən dörd tip vaksindən istifadə edilir. Hansı vaksinlə aşılanmağı insanın özü seçir. Bu baxımdan yeganə problemimiz az sayda insanın peyvənd olunmaq istəməsidir.

Rəqəmlərlə desək, hazırda Zakarpatye vilayətində real olaraq 800-900 min nəfər insan yaşayır. 155 min insan birinci doza ilə, 105 min nəfər isə ikinci doza ilə peyvənd olunub. Bunun kollektiv immunitet üçün yetərli olmadığını bilirik. İndi insanlara vaksinasiyanın zəruriliyini aşılamağa çalışırıq. Vaksinasiya sadəcə vaksinasiya üçün deyil ki, o, bizim yenidən qırmızı zonaya düşməməyiz, turistləri qəbul edə bilməyimiz üçündür. Bizi bu ilin yazında qırmızı zonaya daxil etmişdilər. Çox çətin dövr idi. Amma Ukraynada qırmızı zonadan ilk çıxanlardan biri olduq. Artıq may ayında turistləri qəbul edə bilirdik. İndiyə qədər də yaşıl zonadayıq. Bu mövsüm turist axını yaxşı səviyyədədir. Dəqiq rəqəm olmasa da, bu mövsüm 500-700 min turist qəbul etdiyimizi düşünürük. Başqa sözlə, demək olar, vilayətdə yaşayan insan sayı qədər qonaq qəbul etmişik.

1632884884 2 Zakarpatiye qubernatoru Vilayətdəki butun azərbaycanlilarla səxsən gorusmək istəyirəm

– Ukrayna etnik cəhətdən zəngin ölkədir, burada çox sayda etnik azlıq yaşayır. Hazırda yeni gənc nəsil ön plana çıxır. Bizə maraqlıdır, Siz rəhbəri olduğunuz Zakarpatye vilayətində Ukraynanın gələcəyi üçün Azərbaycan gənclərini necə görürsünüz? Deyək ki, azərbaycanlı gənclərdə vilayət administrasiyasında hansısa vəzifədə olmaq, deputat seçilmək potensialı görürsünüzmü?

– Zakarpatye vilayətində 100-dən çox millətin nümayəndəsi yaşayır. Zakarpatye vilayətində tarixən multikultural, çoxmillətli, multikonfessial diyar olub. Əsrlərdir burada etnik qruplar,müxtəlif dini baxışları olan icmalar arasında ixtilafın, düşmənçiliyin olmaması çox vacibdir. Bu diyarda insanlar həmişə mehribanca yaşayıb. Bax, mən özüm milliyyətcə rusam. Hərbi qulluq zamanı Zakarpatyedən olan əsgər dostumda bir şəkil görmüşdüm, orada bir qızı bəyənmişdim, onun əmisi qızı idi. Ünvanını aldım, məktublaşdıq, hərbi xidmətdən sonra elə dostumla bu diyarlara gəldim. 31 il əvvəl idi.

Gəlişimdən bir il sonra isə onunla evləndim və elə burada qaldım. Bu dövr ərzində bircə dəfə də olsun eşitmədim ki, kimsə rus olduğuma görə arxamca nəsə pis söz desin. İndi artıq dəqiq zakarpatyeliyəm, amma o vaxt gənc rus oğlan idim və əldə etdiklərimi özüm qazanmışam. Çox sadədir, insan olmaq lazımdır, milliyətin önəmi yoxdur. Administrasiyamızda ukraynalılar, macarlar, rumınlar işləyir. Bizdə hansısa millətdən olan insan üçün məhdudiyyət yoxdur. Əgər hansısa azərbaycanlı yaxşı insandırsa, vicdanlıdırsa, yaxşı mütəxəssisdirsə, buyursun işləsin, ancaq sevinərik. Yəni deməyim odur, digər millətlərin nümayəndəsi kimi, azərbaycanlılar üçün də eyni şərait yaradılır. Bizdə millətindən asılı olmayaraq, hamı eynidir.





Mənbə: https://report.az/xarici-siyaset/zakarpatiye-qubernatoru-vilayetdeki-butun-azerbaycanlilarla-sexsen-gorusmek-isteyirem/

Comments are closed, but trackbacks and pingbacks are open.